Kabildə daha bir PARTLAYIŞ - 3 ölü, 30 yaralı | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Kabildə daha bir PARTLAYIŞ - 3 ölü, 30 yaralı

Münaqişələr A- A A+

Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında güclü partlayış baş verib. Eurasia Diary xəbər verir ki, partlayış paytaxtın səfirlik və dövlət idarələri yerləşən mərkəzi rayonu - Şaş-Darakda qeydə alınıb. Məlumata görə, NATO-nun qərargah-mənzili, ABŞ-ın səfirliyi də bu rayonda yerləşir.

Daxili İşlər Nazirliyinin rəsmisi Nəsrət Rəhimi faktı təsdiqləyərək, insident nəticəsində 3 nəfərin öldüyünü, 30 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Partlayışla bağlı məsuliyyəti hələ heç bir radikal qruplaşma öz üzərinə götürməyib. Partlayışın hansı şəraitdə və səbəbdən baş verməsi məlum deyil, insidentlə bağlı başqa təfərrüatlar açıqlanmır. /Trend/

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...