Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi | Eurasia Diary - ednews.net

19 Sentyabr, Cümə axşamı


Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi

Münaqişələr A- A A+
“Acından ölən” ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun kəndlərini də qazla təmin etməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin “Artsaxqaz” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan “5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  “Drmbon” adlandırılmış Heyvalı  və “Hetavan” adlandırılmış “Qozlu körpü” kəndlərinə qaz  xətti çəkilib. Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış “Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib.
 
Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində mavi yanacaq olmayıb.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...