Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Paşinyan İrəvanda “Heyvagülü” oynadı - VİDEO

Münaqişələr A- A A+

Sosial şəbəkələrdəki erməni istifadəçiləri İrəvanda Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi “ilin toyu”na aid görüntüləri paylaşıblar.

Eurasia Diary xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qagik Çarukyanın qızı Anait və biznesmen Xaçatur Çarukyanın oğlu Albertin toyunda Paşinyan Azərbaycanın xalq rəqsi “Heyvagülü” sədaları altında oynayıb.

Qeyd edək ki, “Heyvagülü” – əsasında “Segah” muğamının dayandığı Azərbaycan xalq rəqsidir. Əsasən “qara zurna” ilə ifa edilir. Azərbaycanlılar arasında sözügedən rəqs həmçinin, “Ağabəy rəqsi” kimi tanınır. (axar)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...