Qəzza zolağında İsrail ordusu ilə fələstinlilər arasında növbəti toqquşma olub, azı 55 fələstinli xəsarət alıb.
Eurasia Diary-nin xarici mediaya istinadən məlumatına görə, bunu jurnalistlərə anklavın səhiyyə naziri Əşrəf əl-Kidra deyib.
Daha əvvəl 30 nəfərin xəsarət aldığı bildirilirdi.
"Bu gün Qəzza zolağında saat 19:30 üçün anklavın şərq sərhədlərində İsrail ordusu ilə toqquşmalarda azı 55 fələstinli xəsarət alıb",- deyə Əşrəf əl-Kidra bildirib.