Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra

Münaqişələr A- A A+
Ermənistan ordusu işğal altındakı Azərbaycan ərazilərində növbəti hərbi təlimləri reallaşdırmağa hazıraşır. Təlimlər sentybarın 24-dən oktybarın 5-dək davam edəcək.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin oyuncaq “müdafiə naziri” Karen Abramyan bildirib. Onun sözlərinə görə, təlimlər bütün silahlı qüvvələrin iştirakı ilə keçiriləcək və üç mərhələli olacaq. Abramyan bildirib ki, hərbi təlimlər Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçiriləcək.
 
 
Qeyd edək ki, hərbi təlimlər BMT Baş Assambleyasın çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən bir gün sonra başlanacaq. Rəsmi İrəvan danışıq görüntüsü yaratdıqdan sonra Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirib bizə meydan oxuyacaq. Ən yaxşı variant isə Ermənistanın hərbi təlimlərinə hərbi cavabımız olardı.(Musavat)
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...