Ermənistan ordusunun hərbçisi Ayk Xaçatryan ölüm ayağındadır.
Eurasia Diary-nin məlumatına görə, sentyabrın 22-si səhər saatlarında o Yerevandakı hospitallardan birinə yerləşdirilib. Ağız boşluğundan güllə yarası alan hərbçinin vəziyyətinin kritik olduğu bildirilir.
Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən Xaçatryanın görmə qabiliyyətində ciddi pozuntular olub. Ona görə onun bir neçə ay öncə hərbi xidmətə çağırılması yaxınlarının ciddi etitrazı ilə qarşılanmışdı. (modern.az)