"Cəbhənin Füzuli istiqamətində düşmən tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Beynəlxalq Qırmızı Xaç Komitəsinin iştirakı ilə götürülüb".
Eurasia Diary xəbər verir ki, bunu özünün feysbuk hesabında hərbi bloqçu Tofiq Şahmuradov yazıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata görə, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.