Bu gün səhər saatlarında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində erməni hərbi qulluqçusu baş vermiş insidentin qurbanı olub.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, Armen Levonyan adlı 20 yaşlı əsgər saat 6:50 radələrində atəş nəticəsində ölüb. Hadisə Qarabağın şimal ərazisində baş verib.
Baş vermiş hadisə ilə bağlı təhqiqatlara başlanılıb.