SON DƏQİQƏ: Düşməndən növbəti təxribat - Mülki şəxs həlak oldu | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


SON DƏQİQƏ: Düşməndən növbəti təxribat - Mülki şəxs həlak oldu

Münaqişələr A- A A+

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

DSX-nin mətbuat mərkəzindən Eurasia Diary-ə bildiriblər ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...