Ermənistanla sərhəddə atşıma - Erməni əsgəri yaralandı | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Ermənistanla sərhəddə atşıma - Erməni əsgəri yaralandı

Münaqişələr A- A A+
Sərhəddə atışma nəticəsində Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu Armen Çaxmaxçyan yaralanıb.
 
Eurasia Diary “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu məlumatını Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
 
Hadisənin oktyabrın 4-də Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığındakı sərhəd zonasında baş verdiyi məlum olub. Yaralı tibb mərkəzinə aparılıb, həyatı təhlükədədir.
 
Kəndin rəhbəri Feliks Melikyanın sözlərinə görə, əsgər çiynindən yaralanıb. Onu Mərkəzi Klinik Xəstəxanaya köçürüblər.
 
Ovhannisyan, son günlərdə Ermənistan silahlı qüvvələrinin bir hərbçisinin öldüyü və daha 3-ünün yaralandığı barədə sosial şəbəkələrdə daha əvvəl yayılan xəbəri də təsdiqləyib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...