SON DƏQİQƏ: Türk ordusu əməliyyata başladı - hava hücumu, 14 min əsgər... - CANLI YAYIM | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


SON DƏQİQƏ: Türk ordusu əməliyyata başladı - hava hücumu, 14 min əsgər... - CANLI YAYIM

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh bulağı” hərbi əməliyyatlarına start verib.

Bu barədə CNN Türk kanalı informasiya yayıb.

türk f 16 ile ilgili görsel sonucu

Kanalın məlumatına görə, ordunun kiçik bir qrupu Tal Abyad və Ras əl-Ayn şəhərlərinə yaxın sərhəd boyu iki nöqtədən Suriya torpaqlarına daxil olub.

TRT xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akar bir neçə dəqiqə əvvəl əməliyyatla əlaqədar hələ hazırlıq işlərinin davam etdiyini açıqlamışdı.

Qeyd edək ki, Türkiyə ordusuna Azad Suriya Ordusunun Həmzə Tüməni ağır silahlarla dəstək verəcək.

Ceylanpınarda yerləşdiriləcək 14 min əsgər mərhələli şəkildə hərəkata qatılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...