Türkiyənin Fərat çayının şərqində YPG/PKK terror təşkilatına qarşı başlatdığı “Barış Pınarı” əməliyyatı uğurla davam edir.
Eurasia Diary xəbər verir ki, TSQ əməliyyat çərçivəsində Rəsulaynda YPG-nin əlində olan iki kənd üzərində nəzarəti ələ keçirib.
“Barış Pınarı” əməliyyatının 2-ci gününün xronikası:
09:30: “Barış Pınarı” əməliyyatı çərçivəsində TSQ Suriyanın Qamışlı rayonunda 5 YPG/PKK üzvü terrorçunu zərərsizləşdirilib.
09:10: PUA –larla regiona nəzarət edən türk ordusu bölgədə hər hansı fəaliyyətə dərhal reaksiya verir. Qamışlıda müəyyən edilən terrorçulara məxsus silah-sursat dolu avtomobil məhv edilib.
07:19: Əməliyyat çərçivəsində TSQ birləşmələri gecə ərzində Tel Abyad tərəfə keçib. Tel Abyad mərkəzin və ətrafında səssizlik davam edir. Əməliyyat başlamadan əvvəl sərhədə yaxın mövqelərdə olan terrorçuların səhər vaxtı həmin mövqelərdə olmadığı müəyyən edilib.
06:30: Türkiyənin cənubunda yaradılmaq istənilən terror koridorunu məhv etmək, regiona sülh və stabillik gətirmək məqsədilə başladılan “Sülh bulağı” əməliyyatının qələbə ilə başa çatması üçün 90 min məsciddə “Fəth” surəsi oxunub.