Türk Silahlı Qüvvələrinin (TSQ) Suriyanın şimalında “Barış Pınarı” adı ilə keçirdiyi antiterror əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.
Eurasia Diary Türkiyə mətbuatına istinadla xəbər verir ki, müdafiə naziri Hulusi Akar şəhid əsgər Ahmet Topçu ilə bağlı başsağlığı mesajı yayımlayıb və onun fotosunu paylaşıb. Mesajda deyilir: “Qəhrəman şəhidimizə şəxsim və Müdafiə Nazirliyi adından Allahdan rəhmət, kədərli ailəsinə və millətimizə başsağlığı və səbr diləyirəm. Sizi torpağa deyil, qəlbimizə basdırdıq. Vətən sizə minnətdardır!”. (yeniavaz.com)