"5-6 gün kifayət edər ki, torpaqlarımızı işğaldan azad edək" Polkovnik

Münaqişələr 09:08 16.10.2019

Türkiyə Silahlı Qüvvələri artıq bir həftədir ki, Suriyada, Fərat çayının şərqində “Sülh çeşməsi” (“Barış pnarı”) adlı antiterror əməliyyatları aparır. Türkiyənin sərhədlərini mühafizə etmək məqsədilə həyata keçirilən əməliyyatlarda terror təşkilatı PKK/PYD-YPG-nin 600-dən çox üzvü zərəsizləşdirilib.

Türkiyənin bu böyükmiqyaslı hərbi əməliyyatı torpaqları uzun illərdir işğalda olan Azərbaycan xalqında da ruh yüksəkliyi yaradıb. Sosial şəbəkələrdə, cəmiyyətdə səsləndirilən fikirlərdən aydın olur ki, xalq qardaş ölkəni nümunə götürərək, Azərbaycan hərbçilərinin də Qarabağda belə bir əməliyyat keçirməsini, torpaqlarımızı erməni işğalçılarından azad etməsini arzulayır.

Ancaq təbii ki, bu istəyin bir də siyasi tərəfi, diplomatik münasibətlər və geosiyasi maraqlar məsələsi də var.

Bu konteksdən yanaşdıqda belə bir sual ortaya çıxır: “Sülh çeşməsi” kimi böyük bir hərbi əməliyyatı Qarabağda – işğal altında olan öz topaqlarında keçirməyə Azərbaycana nə mane olur?

Eurasia Diary-nin məlumatına görə politoloq İlqar Vəlizadə Türkiyənin “Sülh çeşməsi”nə başlayarkən Amerika və Rusiyanın razılığını aldığını xatırladıb. O qeyd edib ki, razılıqla bağlı dolayı və birbaşa sübutlar da mediada səsləndirilib:

“Azərbaycanın bu cür əməliyyatı həyata keçirmək üçün hər hansı dövlətdən razılıq almasına ehtiyac yoxdur. Çünki biz öz ərazilərimizdə bunu həyata keçirəcəyik. İstənilən halda ən azı Türkiyə kimi sığortalanmalıyıq. Bizə hər kəs açıq deyir ki, regionda hərbi əməliyyatları dəstəkləmirik. Bu o deməkdir ki, Qarabağda hər hansı əməliyyat başlasa, təzyiqlərlə üzləşə bilərik.

Qarşı tərəf çox həyasız, norma və qaydaları gözləməyən, siyasətini təxribatlar əsasında quran və yalançı lobbiyə sahib dövlətdir. Belə bir düşmənə qarşı əməliyyat keçirsək, Ermənistan üçüncü tərəfi məsələyə cəlb edərək, kiminsə arxasında gizlənməyə çalışacaq. Bu mənada bizim risklərimiz müqayisə olunmazdır”.

İ. Vəlizadə hesab edir ki, indiki vəziyyətdə razılaşdırılmamış əməliyyat keçirsək, bu, Rusiyanın birbaşa maraqlarına toxunacaq:

“Belə bir əməliyyatı həyata keçirmək üçün ciddi danışıqlar aparmağa ehtiyac var. Türkiyənin özü də uzun müddətdir, sərhədlərini terrorçulardan təmizləmək istəyini qətiyyətlə bəyan edir, dünya ictimaiyyətini buna hazırlayırdı. Biz də dünyanı hazırlamadan, birdən-birə hərbi əməliyyat aparsaq, sonu istədiyimiz kimi olmaz. Ona görə, tək hərbi müstəvidə deyil, demokratik müstəvidə də danışıqlar aparılmalı, ondan sonra addım atılmalıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikrincə isə bu gün kim qərar qəbul edib, düşünülmüş addım atırsa, o da qazanır:

“Müharibə siyasətdə qoyulan məqsədlərin hərb yolu ilə həyata keçirilməsidir. Bu gün Türkiyə öz təhlükəsizliyini təmin edir və vəziyyətdən asılı olaraq, lazımı addım atır. Qardaş ölkə hazırkı durumda dünyadan göstəriləcək təzyiqləri nəzərə alıb və riskləri hesablayıb.

Azərbaycan isə öz torpaqlarını azad etməli, antiterror əməliyyatlarını məhz öz torpaqlarında həyata keçirməlidir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. İndiki geosiyasi durum, düşmən ölkədə hökm sürən hərc-mərclik, Azərbaycan liderinin güclü siyasətçi kimi özünü təsdiqləməsi, ordumuzun ən güclü 50 ordu sırasında qərarlaşması antiterror əməliyyatları həyata keçirərək, torpaqlarımızı azad etməyimizə imkan verir. Bu sahədə də Türkiyəni nümunə götürərək, məqsədlərimizi həyata keçirə bilərik”.

Polkovnik əlavə edib ki, hazırda beynəxalq qurumların ancaq gücü qəbul etdiyi aydın görünür:

“Türkiyə 5-6 gündə 1000 kvadrat kilometrdən çox ərazini azad edib. Dağlıq Qarabağın ən uzaq nöqtəsi, ərazi bütövlüyümüzü təmin etmək üçün bizə lazım olan ərazi isə 100 kilometrdən çox deyil. Ona görə, 5-6 gün kifayət edər ki, torpaqlarımızı işğaldan azad edək. Bununla bağlı planların olmadığını düşünmürəm. Yəqin ki, ölkə rəhbərliyi götür-qoy edir. Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi gün uzaqda deyil”.(modern.az)

Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO

Xəbər xətti

Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Hamısı