Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO

Münaqişələr A- A A+

ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək veriblər.

Eurasia Diary xəbər verir ki, ortodoks yəhudilərindən Şaul Ben Kiş Tvitter hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb.

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”, – Kiş yazıb.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib.

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”. (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...