Türkiyədən inanılmaz uğur - Aprel döyüşlərində istifadə ediliən bu silah terrorçuların kabusu oldu | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Türkiyədən inanılmaz uğur - Aprel döyüşlərində istifadə ediliən bu silah terrorçuların kabusu oldu

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələrinin “T-155 Fırtına” özüyeriyən artilleriyaları “Sülh çeşməsi” hərəkatında YPG/PKK-çıların qorxulu kabusuna çevrilib.

Türkiyənin yerli imkanlar hesabına istehsal etdiyi özüyeriyən artilleriyalar terrorçuların mövqelərini hədəflənən şəkildə bir atışda məhv edir.

Özüyeriyən artilleriyaların batareyaları hərəkat çərçivəsində qurudan irəliləyən TSQ və SMO-ya dəstək məqsədilə terror ünsürlərinə bomba yağdırır.

ASELSAN istehsalı olan “Fırtına” tankları hər cür ərazi şərtlərində hərəkət qabiliyyəti olan, yerləşmə, atışa hazırlıq, atışın idarəsi və atışa nəzarət proseslərinin kompüter köməyilə yerinə yetirilməsini və digər atış dəstək ünsürlərinə rəqəmsal inteqrasiyanı təmin edən sistemə sahibdir. “Fırtına” dəqiqədə 6 atış gerçəkləşdirə bilir.

Qeyd edək ki, Azərbaycan Türkiyə ilə 36 artilleriya sisteminin alınması barədə müqavilə imzalayıb. 2016-cı il Aprel döyüşlərində "T-155 Fırtına" özüyeriyən haubitsalardan istifadə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...