İŞİD başçısı Əbu Bəkr əl-Bağdadinin cəsədini ABŞ xüsusi təyinatlıları onun öldürülməsi üçün keçirilən əməliyyat zonasından özləri ilə aparıb.
Eurasia Diary xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, bu haqda cihadçı qruplaşmadan mənbə bildirib.
Qeyd olunur ki, xüsusi əməliyyat keçirilən yerdə daha 6 cəsəd olub-üç qadın və üç kişi. Cihadçı agentliyə bildirib ki, əl-Bağdadinin cəsədini ABŞ xüsusi təyinatlıları vertolyotla aparıblar.
Yaxın dəqiqələrdə ABŞ prezidenti Donald Trampın əl-Bağdadinin məhv edilməsi əməliyyatı barədə xüsusi bəyanatla çıxış edəcəyi gözlənilir. (virtualaz.org)