Hindistanın Cammu və Kəşmir bölgəsində partlayış törədilib.
Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, Srinaqar şəhərində bazara qumbara atılması nəticəsində 10 nəfər yaralanıb.
Hazırda partlayış baş verən ərazi bağlanıb, terrorçuların axtarışları aparılır.
Hadisə ilə bağlı məsuliyyət üzərinə götürən qruplaşma olmayıb.