İran ABŞ-ın İraqdakı bazasına minimum ziyan vurmağa çalışıb.
Eurasia Diary ABŞ-ın “Vaşinqton Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək vəzifəli amerikalı məmur açıqlama verib.
“Bu yumşaq raket zərbələri İrana simasını qorumağa, hər iki tərəfə isə müharibə etməmək şansı tanıyıb”- deyə qəzet yazır.
Rəsmi Tehran İraqdakı 2 ABŞ bazasına 22 raket atdığını, onlardan 17-sinin hərbi bazanın ərazisinə düşdüyünü bildirib. Bu zaman 80 hərbçinin öldürüldüyü vurğulanıb.
ABŞ isə heç bir itki vermədiyini elan edib. (modern.az)