Türkiyənin həyata keçirdiyi "Barış bulağı" hərbi əməliyyatları çərçivəsində 4 türk hərbçisi şəhid olub.
Eurasia Diary-nin Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Şanlıurfa vilayətinin Ceylanpınar rayonuna qonşu olan Suriyanın Rasulayn bölgəsində Türkiyənin nəzarət nöqtəsinə içərisində bomba yerləşdirilmiş avtomobillə terror hücumu olub.
Təhlükənin qarşısını almaq üçün yaxınlaşan 4 hərbçi güclü partlayış nəticəsində həlak olub.(apa)