İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələri ilə toqquşmada 2 etirazçı həlak olub, 20-dən çoxu isə xəsarət alıb.
Eurasia Diary xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Toqquşmalar Təhrir meydanı yaxınlığında, Əs-Sənak körpüsündə baş verib.
Bildirilib ki, etirazçıların posta hücum etməsindən sonra hökumət qüvvələri güc tətbiq etməyə məcbur qalıb.