Suriyanın İdlib bölgəsində Bəşşər Əsədə sadiq qüvvələrin top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb.
Eurasia Diary “CNN Türk”ə istinadən xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Türkiyə hərbçiləri cavab atəşi açıb.
Türkiyə Prezidentinin Mətbuat Katibi İbrahim Qalın şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib və qisaslarının alınacağını qeyd edib.