Türkiyə bir neçə gün öncə eskalasiya zonasında gərginliyin artması fonunda Suriyanın İdlib əyalətindəki müşahidə məntəqələrini gücləndirmək üçün göndərdiyi hərbi qulluqçular ərazidə yeni hərbi baza qurur.
Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, baza Suriyanın Taftanaz şəhərindən 2,7 kilometr cənubda yerləşir.
Qeyd edək ki, son günlər İdlibdə gərginlik artıb. Suriya hökumət qüvvələri qiyamçıların son qalası hesab olunan İdlibi ələ keçirmək üçün hücumlar həyata keçirir.