“İdlibdə yerləşən müşahidə məntəqələrimizə hücum ediləcəyi təqdirdə Suriya hakimiyyətinə daha ağır cavab veriləcək”.
Eurasia Diary-nin xəbərinə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar “Associated Press”ə müsahibəsində deyib.
Nazir bildirib ki, bununla əlaqədar olaraq Türkiyə ordusuna müvafiq təlimat verilib.
H. Akar qeyd edib ki, Türkiyə ordusu İdlibdə yerləşən müşahidə nöqtələrindən geri çəkilməyəcək.(apa)