Türkiyə Suriyanın İdlib əyalətinə yenə öz tanklarını göndərdi | Eurasia Diary - ednews.net

26 May, Çərşənbə axşamı


Türkiyə Suriyanın İdlib əyalətinə yenə öz tanklarını göndərdi

Münaqişələr A- A A+

Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Reyhanlı bölgəsinə Türkiyə Silahlı Qüvvələrinin özüyeriyən artilleriya, tank və zirehli personal daşıyan 150 yük maşınının karvanı gəlib.

Eurasia Diary xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsindəki eskalasiya zonasında müşahidə postları ərazisinə qoşun və hərbi texnikalar yerləşdirməyə davam edir.

Sursat maşınlarının da buraya gəldiyi qeyd olunur.

Xatırladaq ki, Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün Suriyada 12 müşahidə postu yaradıb.

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Türkiyənin İdlibdəki birləşmələrinə qarşı genişmiqyaslı bir hücum həyata keçirir.

Fevral ayında bölgədəki Suriya və Türk əsgərləri arasında şiddətli qarşıdurmalar baş verib, nəticədə hər iki tərəf itki verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Dəməşqdən İdlib vilayətindəki qoşunların ayın sonunadək Türkiyənin müşahidə postlarından çıxarılmasını istəyib və Rusiya Federasiyasını Suriya ilə bağlı müqavilələri pozmaqda günahlandırıb.

O, Suriya ordusunun hücumları davam edərsə, İdliblə bağlı Soçi razılaşmasını pozacağı ilə də hədələyib.(konkret.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...