Eurasi Diary "Hürriyət"ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin İdlibdə Suriyaya qarşı hərbi əməliyyata başlamasının çox pis ssenari olacağını deyib.
"Türkiyə və Rusiya arasında gərginliyin davam etməməsi üçün görüşlər davam etdiriləcək", o söyləyib.
Lavrov bildirib ki, Türkiyə və Suriya arasında İdlib mövzusunda razılaşma əldə olunmayıb. O, Rusiya tərəfindən hər hansı bir tələbin olmadığını söyləyib.