Xocalı qətliamı yada düşərkən Unutmağı və Bağışlamağı öyrənmək

Münaqişələr 22:18 19.02.2020

26 fevral 2020-ci ildə Azərbaycan xalqı, soyuq müharibənin bitməsindən və Sovet İttifaqının süqutundan sonra, 28 il əvvəl Avropada baş vermiş ilk soyqırımı hadisəsi olan Xocalı qətliamının qurbanlarını yad edəcək.

Xroniki ağrılar keçmir. Onu azaltmaq üçün ağrı kəsicilərlə yalnız müalicə etmək olar. Xocalı qətliamı Azərbaycanın milli xroniki ağrısıdır; heç vaxt keçməyəcək, ancaq zaman ən yaxşı ağrı kəsicidir.

Dürdanə Ağayeva Xocalı qətliamından sağ çıxan şəxsdir. Bu qadın həyatın ölümdən, bağışlamanın nifrətdən daha güclü olmasına nümunədir.

Dürdanə ilə bu yaxınlarda Azərbaycanda, Bakıda tanış oldum. Bu, 2019-cu ildə Los-ki görüşümüzdən sonra ikinci görüşümüz idi.

Dürdanəyə baxdığınız zaman, erməni qoşunlarının onun məmləkəti Xocalıya girərək yerli mülki əhaliyə qarşı misilsiz qəddarlıq etdiyi zaman çəkdiyi əzabları üzündə görə bilməzsiniz.

Xocalı

Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində əhalisi tamamilə azərbaycanlılardan ibarət olan şəhər idi.

Strateji cəhətdən Xocalı mühüm bir şəhər idi, çünki bütün Qarabağ bölgəsində yeganə hava limanına sahib idi. Buna görə də onun işğalı Ermənistan üçün əsas prioritet idi.

Xocalı qətliamı

26 fevral 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhəri rus əsgərləri tərəfindən dəstəklənən erməni qüvvələri tərəfindən işğal edildi. Ən azı 613 etnik azərbaycanlı mülki şəxsin, o cümlədən qadın və uşaqların erməni qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı qətliamı, “Human Rights Watch”un qənaətinə görə, Ermənistan və Azərbaycan arasındakı "qarşıdurmada ən böyük qırğın" idi.

“Memorial” İnsan Hüquqları Mərkəzi və Human Rights Watch və digər beynəlxalq müşahidəçilərin bildirdiyinə görə, qırğın Rusiya tərəfindən idarə olunan MDB-yə məxsus 366-cı alayının dəstəyilə ilə erməni qüvvələri tərəfindən törədildi. Qətlə yetirilən 613 azərbaycanlı mülki şəxs arasında 106 qadın, 63 uşaq və 70 qoca var idi. Onların arasında 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb, hücum zamanı ermənilər tərəfindən əsir götürülmüş 1275 azərbaycanlının 150-si hələ də itkin düşmüş hesab olunur. Bundan əlavə, bu dəhşətli qırğında səkkiz ailənin bütün üzvləri həlak oldu və 130 uşaq yetim qaldı, 25 uşaq hər iki valideynlərini itirdi.

Xocalı qətliamı kimi faciələr haqqında bilmək niyə vacibdir?

Bu gün dünyaya nəzər salmaq və mövcud soyqırım hadisələri tanımaq lazımdır.

Bəşəriyyət asanlıqla qəddarlığa yol açır edir və bu cür hadisələrin qurbanları aramızda yaşayır. Təcrübə mübadiləsi etmək və bu cür qırğınların təkrarlanmaması üçün onları unutmamaq lazımdır.

6 milyon yəhudinin öldürülməsi, Holokost, sona çatdığı gündən yad edilir və xatırlanır. Muzeylər, abidələr, filmlər, Anım günləri yəhudiləri hər fürsətdə “Bir də heç vaxt" vədini təkrarlamağa məcbur edir.

Azərbaycanlılar Dağlıq Qarabağ müharibəsini, həlak olanları, yaralananları, müharibə qurbanlarını, itkin düşənləri və milli ağrı və acılarını unutmurlar.

Ermənistan təcavüzkar bir şəkildə Azərbaycanın suveren ərazisinin 20 faizini işğal etmiş və ümumilikdə 800 mindən çox azərbaycanlı ermənilər tərəfindən Qarabağda etnik təmizləməyə məruz qoyularaq bu günə qədər öz ölkələrində məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 1993-cü ildən bəri bu işğalı və etnik təmizlənməni pisləyən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin qüvvədə qalmasına baxmayaraq, bu günə qədər Ermənistan BMT TŞ-nin tələblərini yerinə yetirməkdən imtina edir. Beynəlxalq ictimaiyyətin birmənalı tələbinə baxmayaraq Qarabağ bölgəsini qanunsuz olaraq işğal altında saxlayır.

Ermənistan dünyanın əslində nəyin baş verdiyini bilməməsi üçün əlindən gələni edir. Onlar öldürülən və ya qaçan azərbaycanlıların evlərini yağmaladılar; Azərbaycanın mədəni və dini abidələrini dağıtdılar və ya təhqir etdilər və Azərbaycanın bölgədəki yüzillik tarixini sildilər.

Bir neçə məcburi köçkün azərbaycanlı ilə tanış oldum. Onlar barışmaq istəyirlər, evlərinə qayıtmaq və yenidən bölgədəki bütün digər etnik qruplar, o cümlədən ermənilərlə harmoniya şəraitində birgə yaşamaq istəyirlər.

Sağ qala bilən Dürdane Ağayeva

Mən Alman Nasistlərin yalnız yəhudi olduğuna görə sistematik olaraq 6 milyon yəhudini öldürdüyü Holokostdan xilas olan yəhudi və polyak vətəndaşların qızıyam,.

İstər yəhudi, istərsə də azərbaycanlı olduğuna görə günahsız insanların əsassız olaraq qətlə yetirilməsini heç cür anlamaq olmur. Bu çox təhqiramiz və xoşagəlməz bir haldır.

Dürdanə ilə görüşmək və onun yaşam hekayəsini eşitmək nəinki mənə çox təsir etdi və yadıma düşəndə damarlarımdakı qan donur.

1992-ci il 25 Fevral gecəsi, 20 yaşındakı Dürdanə, şəhərə hücum edən erməni ordusundan meşəyə qaçmağa çalışarkən, erməni əsgərləri tərəfindən əsir götürülərək işgəncəyə məruz qalıb. Onun tək bir günahı Ermənistanın nəyin bahasına olursa-olsun özünün olduğunu iddia etdiyi bir ölkədə yaşayan azərbaycanlı olması idi.

"Qolumdan tutub məni qardaşımdan ayırdıqlarını hələ də hiss edirəm. Bədənimə dəfələrlə vurulan dəyənəyin izləri hələ də qalıb. Soyuq gecə, külək və qar mənə verilən əziyyətləri daha da artırırdı. Bunlar yadıma düşəndə bütün vücudum titrəyir. Xocalı qətliamı zamanı bu dəhşətlərə məruz qalmağımdan 28 il keçib, lakin hər şey sanki dünən baş verib", deyə Dürdanə, çəkdiyi əzabların təfərrüatlarından birini xatırlayır.

Xilas olduqdan sonra

İllər ərzində Dürdanə, əsirlikdə işgəncə zamanı aldığı çoxsaylı zədələrə görə bir neçə dəfə onurğa əməliyyatı keçirdi.

Uzun illər Dürdanə üzləşdiyi dəhşəti unutmağa çalışdı. Düşünürdü ki, bu psixoloji yaralarını yenidən açmış olar. Bir neçə il əvvəl, o mükafat almış bir erməni haqqında Facebook-da bir məqaləyə rast gəlir. Onu tanıyır və bu ona çox pis təsir edir. Sanki 1992-ci ildəki o anbara qayıdır. Mükafatı alan adam, əsir olduğu müddətdə Dürdanənin davamlı olaraq döyülməsini əmr edən əsgər idi. Bu yazını gördükdən sonra qərara gəlir ki, hekayəsini danışmaq, ağrıları dilə gətirmək üçün vaxt yetişib.

“Biz tez-tez Holokostu müzakirə edərkən “Bir də olmayaq” sözünü eşidirik. Eyni söz Xocalı qətliamına da aiddir. İnanıram ki, mənim kimi sağ qalanlar öz yaşam hekayələrini danışsalar, bəşəriyyət bundan yaxşı olar”, deyən Dürdanə daha yaxşı bir gələcəyə ümid edir.

Hekayəsini danışmaq

Dürdanə, Holokostdan sağ çıxan bəzi insanların xilası barədə danışdıqları kimi, öz hekayəsini bölüşərək dünyanı gəzir.

Los-Ancelesdə istehsal olunan “Zülmətdən qaçan” sənədli filmində Xocalıda sağ qalanların iştirakı ilə, Xocalıda qaranlıq və soyuq gecədə baş verənlər haqqında hadisə şahidlərinin verdiyi məlumatları təqdim edir.

2020-ci ilin əvvəlində, Dürdanə Ağayevanın kabus dolu keçmişin yazılı sübutu olan "Erməni əsirliyindəki səkkiz gün: Xocalıdan olan bir qızın xatirələri" kitabı nəşr olundu.

Əsrlər boyu zülm və qırğınlar yaşayan yəhudi xalqı Dürdanəni yaxşı başa düşür. Los-Ancelesdəki Baş Konsulluğun dəvətilə Dürdanə və digər sağ qalanları Los Ancelesdəki yəhudi icması ilə görüşdülər. Onlar Xocalı qətliamı və erməni qüvvələrinin Azərbaycana məxsus Dağlıq Qarabağ və ətraf rayonları ələ keçirdikləri zaman yaşadıqları digər hadisələr haqqında gördüklərini danışıblar.

Hamımız ümid edirik ki, Ermənistana artan beynəlxalq təzyiq münaqişənin sülh yolu ilə həllinə gətirib çıxaracaq və Dürdanə və digər sağ qalanlar nəhayət vətənlərinə qayıda biləcəklər.

İndi isə başımızı aşağı salaraq Xocalı qətliamının 28-ci ildönümünü qeyd edirik.

Nurit Greenger  

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı