Xocalı Soyqırımı Ekspertlərin gözü ilə

"Xocalı hadisələrinin planlaşdırılmış bir soyqırım olduğunu demək üçün bütün əsas şərtlər mövcuddur" – Britaniyalı ekspert

Münaqişələr 15:53 20.02.2020

Sovet İttifaqının dağılmasından sonra, 28 il əvvəl erməni hərbi qüvvələri ağır artilleriya və tanklarla, piyada alayının köməyi ilə Qarabağdakı Xocalı rayonunu mühasirəyə aldılar. Rayonda iki saat davam edən atışmalar zamanı Azərbaycan xalqının 613 nəfər günahsız insanının həyatına son qoyuldu. Fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları hiyləgər planı düşünülmüş şəkildə həyata keçirdilər.

Şaxtalı fevral gecəsində rayondan qaçmağa çalışan qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirildilər – həmin dəhşətli gecə 116 qadın, 63 uşaq və 487 nəfərin ölümü ilə tarixdə qaldı.

Ancaq erməni təcavüzü bununla bitmədi, bu, Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən silahsız sakinlərə qarşı işgəncələrin verilməsilə davam etdi. Ermənistan hələ də bölgənin erməni hərbi birləşmələri tərəfindən ələ keçirildiyi zaman itkin düşmüş sakinlər barədə faktları qəbul etmir və cinayətlərdə əli olanların beynəlxalq cinayət məhkəməsi tərəfindən ittiham olunmaması təəssüf doğurur. Beynəlxalq təşkilatların çağırışlarına və Xocalı hadisələrinin Xocalı Soyqırımı kimi tanınmasına baxmayaraq erməni tərəfi bir çox sənəd və protokollarda azərbaycanlıların öz torpaqlarında planlaşdırılmış kütləvi ölüm faktlarını inkar etməkdə davam edir.

Bu gün demək olar ki, bütün dünya həmin qanlı gecəni ermənilərin qədim Qarabağ torpaqlarında Azərbaycan türklərini məhv etmək cəhdi kimi qəbul edir. Deyilən faktları dəstəkləmək üçün dünyanın hər yerindən ekspertlər Qarabağ və Xocalı hadisələri ilə bağlı müzakirələrə qoşulublar, tarixi öz gözləri açıq şəkildə təsvir edirlər.

Eurasia Diary Qarabağ və Xocalı hadisələrində erməni təcavüzünü ifşa edən beynəlxalq ekspertlərin şərhlərini təqdim edir.

Bu gün Londondan daha bir ekspert və jurnalist Neil Vatson Xocalı soyqırımı ilə bağlı fikirlərini Eurasia Diary ilə bölüşür.

Neil Vatson Aytmatov Akademiyasının baş icraçı direktoru, peşəkar jurnalist və Samara Universitetində müəllimdir. Neil Vatson, jurnalistika sahəsində 25 illik beynəlxalq təcrübəyə, yazı, redaktə, korrektə və nəşr prosesinin hər bir elementinin idarəetməsində təcrübəyə malik hərtərəfli, peşəkar və təcrübəli jurnalist və redaktordur. O, eyni zamanda biznes forumlar, konfranslar, dəyirmi masalar, qalereya sərgiləri və ticarət sərgilərinin təcrübəli təşkilatçısıdır və televiziyada bir sıra müsahibələrin müəllifidir.

Neil son on ili Azərbaycan üçün çalışıb və bununla əlaqədar olaraq Cənubi Qafqazda biznesin bir sıra sahələrində müəyyən biliklər əldə edib.

"Fikrimcə, Xocalı Soyqırımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində törədilən vəhşilik aktının ən pik səviyyəsidir və İkinci Dünya Müharibəsindən sonra ən dəhşətli müharibə cinayətlərindən biridir. Qətliam barədə müasir qərb mediasında məlumat verilməməsi dərin təəssüf hissi doğurur. Qeyd edək ki, qətliamın təşkilatçılarından və iştirakçılarından biri uzun illər Ermənistan prezidenti olmuş Serj Sarkisyandır. Onun barəsində törətdiyi günahlara görə heç bir cinayət işi açılmamışdır. Qurbanlar heç vaxt unudulmur, çünki onlar dünyaya Azərbaycan torpaqlarının işğal edilməsinin, BMT-nin Ermənistana qarşı qəbul etdiyi ancaq icra edilməyən dörd Təhlükəsizlik Qətnaməsini və davam edən erməni təcavüzündən dolayı evlərinə qayıda bilməyən təqribən bir milyon azərbaycanlının məcburi köçkün və qaçqın olduğunu xatırladır".

Jurnalist Neil Vatson, həmçinin Xocalının kütləvi qırğın və ya soyqırım kimi təsnif edilməsinə müəyyən aydınlıq gətirdi.

"Uzun illər həmkarlarımla Xocalı faciəsinin "soyqırımı" deyil,"qırğın" kimi təsnif edilməli olduğu barədə müzakirələrimiz olub. Lakin, keçən il Londonda anım tədbirlərinin birində mühazirə söyləyən vəkil faciə ilə bağlı dəlillər gətirdi. O, bu hadisənin planlaşdırılmış bir soyqırım kimi bütün əsas şərtlərin mövcud olduğunu və buna uyğun təsnif edilməli olduğunu düşünür. Fikrimcə, beynəlxalq səviyyədə bu soyqırım kimi qəbul edilməlidir".

Elnur Ənvəroğlu,

Jurnalist və Eurasia Diary-nin baş redaktoru

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Hamısı