Hərbçilərin üç aylıq toplanışının elan edilməsinin əsl səbəbi məlum deyil.
Ermənistanın Müdafiə Nazirliyi tərəfindən mart ayının 20-dən iyunun 20-dək ehtiyatda olan keçmiş hərbi qulluqçular, o cümlədən birinci qrup birinci dərəcəli ehtiyatda olan zabit və proporşiklər, habelə digər vətəndaşlar üç aylıq təlim düşərgələrinə cəlb ediləcək.
Eurasia Diary AzToday.az-a istinadən xəbər verir ki, bu barədə “Jamanak” (“Zaman”) qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, bununla bağlı hökumətin qərarı var.
Bu ehtiyacın yaranmasının səbəbi kimi ordunun yeni silah növləri ilə tamamlanması göstərilir. Guya ehtiyatda olanlar müasir silahlardan istifadə etmə bacarığına da sahib olmalıdırlar. Hərbçilərin üç aylıq toplanışının elan edilməsinin əsl səbəbi məlum olmasa da, düşmənin müharibəyə hazırlaşmasına da dəlalət edə bilər.