Suriya ordusu yerli əhaliyə atəş açıb.
Eurasia Diary bildirir ki, Suriya hökumətinə məxsus qüvvələr, üsyançıların nəzarətində olan ərazilərdə yaşlı vətəndaşları güllələyiblər və atəşkəs sazişini kobud şəkildə pozaraq hücum məqsədilə türk hərbi postlarını axtarıblar.
Suriya Ordusunun 25-ci diviziyasının əsgərlərinin, Pələng Qüvvələri kimi tanınan elit xüsusi təyinatlı qüvvələrinin əsgərləri bir qrup yaşlı qadına atəş açıblar.