Xocalı soyqırımını törədənlərin cəzasız qalması bütün dünyada sülhə təhlükədir

Münaqişələr 18:21 24.02.2020

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Xocalı soyqırımı ilə bağlı müəllif yazısı yazıb. 

Eurasia Diary xəbər verir ki, V. Abdullayev Xocalı soyqırımının Azərbaycan tarixinə qanlı faciə kimi daxil olduğunu bildirib:

Erməni millətçi-şovinistlərinin davamlı olaraq, apardığı etnik təmizləmə soyqırım siyasətinin nəticəsi olan Xocalı soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Təəssüf ki, Xocalı faciəsini həmin vaxtlar hakimiyyət tərəfindən lazımınca qiymətləndirilmədi, soyqırım aktının qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirilmədi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra  Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verildi. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı Soyqırımı" günü haqqında qərar qəbul etdi.

Prezident İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini almaqdadır.

Azərbaycan Prezidenti "Xocalı Soyqırımı" haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu vardır.

Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərir.

Fond neçə ildir ki, dünyanın 70 ölkəsində Xocalı faciəsinə həsr edilmiş tədbirlər keçirir. Fond konfranslar, xatirə gecələri təşkil edir, kitablar, bukletlər dərc edir, filmlər çəkir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində  hər il silsilə tədbirlər keçirilir. Leyla xanım Azərbaycan torpaqlarının işğalının və Xocalı soyqırımının dünyada tanıtdırılmasını əsas fəaliyyət istiqamətlərindən biri kimi son illər daha da gücləndirmiş, onun birbaşa təşəbbüsü ilə təşkil olunan kampaniya ayrı-ayrı insanların, ölkədəki vətəndaş cəmiyyətinin və xaricdəki diaspor təşkilatlarının ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı, Ermənistan rəhbərliyi tərəfindən yürüdülən siyasətin faşist mahiyyəti barədə beynəlxalq ictimaiyyətin məlumatının artırılmasına səbəb olmuşdur. Dünyanın müxtəlif ölkələrində keçirilən Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimləri və Qarabağın və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə dair hazırlanmış materiallar, bukletlər, fotoalbomlar və kitablar, ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər beynəlxalq ictimaiyyət arasında böyük əks-səda doğurub. Canlı şahidlərə malik və qətliam görüntülərini özündə əks etdirən Xocalı soyqırımının müxtəlif ölkələrin parlamentlərində tanıtdırılması və “Xocalıya ədalət” aksiyalarının keçirilməsi erməni lobbisinin fəaliyyətinə ciddi zərbədir və dünya görür ki, özünü “məzlum millət” kimi göstərmək istəyənlər Azərbaycanda əsl soyqırımı törədiblər.Məqsədi həm də Xocalı soyqırımının dünyada tanınmasına, bir gecədə yüzlərlə insanı yalnız azərbaycanlı olduqlarına görə məhv etmiş ermənilərin əməllərinə siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, insanlığa qarşı bu cür cinayətlər barəsində susmağın, başqalarının ağrı-acısına laqeydliyin planetin başqa guşələrində də oxşar faciələrə gətirib çıxarmasını göstərmək olan bu kampaniya Azərbaycan milli ideyasının güclənməsinə də misilsiz töhfə verməkdədir. Leyla xanım Əliyeva bu cür sistemli və dünya coğrafiyasını əhatə edən kampaniya ilə dünya ictimaiyyətinə mesaj verir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü bərpa edəcək. Hər kəsə aydın olmalıdır ki, Xocalı soyqırımını törədənlərin cəzasız qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir.

Bu gün onlarla ölkədə uğurla həyata keçirilən bu kampaniyaya 120 mindən çox insan və 115 təşkilat qoşulmuşdur. Bu əzmkar fəaliyyətin nəticəsidir ki, son illərdə ondan artıq ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmişdir.

Leyla Əliyevanın ümumdünya hərəkatına çevrilən “Xocalıya ədalət” kampaniyası Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapmasında mühüm rol oyanmaqdadır. Bu siyasətin nəticəsidir ki, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı