Türkiyə Müdafiə Nazirliyi, İdlibdə 2 əsgərin şəhid olduğunu, 2 əsgərin isə yaralandığını bildirib.
Eurasia Diary xəbər verir ki, Müdafiə Nazirliyinin Twitter səhifəsində edilən açıqlamada, rejim qüvvələri tərəfindən atəşkəs rejimi pozularaq, İdlib ərazisində olan Türk Silahlı qüvvələrinin bölmələrinə havadan hücum edildiyini bildirib.
Hücum sonrası 2 əsgərin şəhid olduğu, 2 əsgərin isə yaralandığı barədə məlumat verən Müdafiə Nazirliyi ərazidə rejim qüvvələrinə cavab atəşi açılıdığını və hal-hazırda hücumun davam etdiyini bildirib.
Türkay Həsənov