İdlibdə təcili olaraq atəşkəsin elan edilməsi vacibdir.
Eurasia Diary xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.
“Hərbi qarşıdurmanın artması əsasən də mülki şəxslərin həyatını təhlükəyə atır. Bu da bizi çox narahat edir. Təcili olaraq hərəkətə keçilməzsə, hər saat başı riskin artma ehtimalı böyükdür. Suriya böhranı hərbi yolla deyil, BMT nəzarəti altında siyasi yolla həll edilə bilər”, - BMT baş katibi bildirib..