Türkiyənin İdlibdəki hərbi bazalarına Suriya Bəşər Əsəd rejimi tərəfindən edilən hava hücumu nəticəsində şəhid olan 33 türk əsgərin bir çoxunun adları və rütbələri açıqlanıb.
Eurasia Diary-nin "yenişafak"a istinadən verdiyi məlumata görə, indiyə qədər rütbələri və adları açıqlanan 18 şəhidin, 8-i baş çavuş, 7-si kiçik çavuş, leytenant, baş leytenant və kapitan olub. Mehmətciklərin adlarını təqdim edirik:
Batuhan Tank, Halil İbrahim, Rəcəb Bəkir, İbrahim Tüzəl, Turqut Burkay, Ahmet Saygılı, Süleyman Şahin, Ali Taşöz, Güvən Kurtulmuş, Akif Akçadağ, Muhamməd Akkay, Ahmet Alpaslan, Mehmət Orhan, Bayram Olqun, Ali Turqut, Tolqa Canyılmaz, Adəm Akın, Əmrə Baysal.