İdlibdə Türkiyə Silahlı Qüvvələrinin daha bir əsgəri şəhid olub.
Eurasia Diary “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Daha 2 hərbçi isə yaralanıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib, yaralılara şəfa diləyib.
Qeyd edilib ki, Türkiyə ordusu da Əsəd rejimi qüvvələrinin hücumunu cavabsız qoymayıb. Belə ki, rejim ordusunun 8 tankı, 4 zirehli texnikası, 5 top və 2 raketatıcısı məhv edilib, 56 əsgəri zərərsizləşdirilib.