Türkiyə Suriyanın İdlib vilayətində "Bahar qalxanı" əməliyyatına başlayıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyənin məqsədi Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır.
H. Akar qeyd edib ki, Əsəd rejiminə məxsus 1 PUA, 8 helikopter, 203 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi və 2212 hərbçi məhv edilib.