Türkiyə Silahlı Qüvvələri tərəfindən 27 Fevralda başladılan Bahar Qalxanı əməliyyatı nəticəsində Suriyə rejiminə ağır zərbələr endirilib.
Türkiyə Ordusu son 24 saatda 327 Əsəd rejiminin əsgərlərini zərərsizləşdirib.
Eurasia Diary TrtHabere istinadən xəbər verir ki, bu haqqda Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik açıqlamasında qeyd edib ki, "Bahar Qalxanı əməliyyatı sutka ərzində uğurla davam etdirilib: 1 təyyarə, 6 tank, 1 Pilotsuz Uçuş Aparatı, 5 Reaktiv Yayılım Atəş Sistemi, 2 Havadan Müdafiə Raket Ssistemi, 2 Zirehli döyüş texnikası, 5 silahli Pikap, 6 hərbi avtomobil və 1 silah-sursat anbarı məhv edilib, 327 rejim əsgəri isə öldürülübdür".
Türkay Həsənov