Son dəqiqələrdə verilən xəbərə görə, rejim və onun dəstəklədiyi Rusiya döyüş təyyarələrinin İdlib şəhər mərkəzinə, Benniş qəsəbəsinə və Sehil Ruc bölgəsinin Udvan kəndinə etdiyi hücumlar nəticəsində 12 mülki şəxs həyatını itirib. Çox sayda yaralı mülki şəxs xəstəxanaya yerləşdirilib.
Eurasia Diary xəbər verir ki, 4-ü uşaq olmaqla 9 mülki sakin, Udvan kəndinin top atəşinə tutulması nəticəsində isə 2 dinc sakin ölüb. Benniş bələdiyyəsini Rusiya qırıcılarının bombalaması nəticəsində də 1 mülki sakin ölüb.
Qeyd edək ki, 2018-ci il sentyabrın 17-dən indiyədək Bəşşar Əsəd rejimi və onu dəstəkləyənlərin İdlibə hücumu nəticəsində 1 800-dən çox mülki sakin ölüb. 2019-cu ilin yanvarından isə bu bölgədən köçənlərin sayı 1,9 milyonu ötüb.