Ağrıda baş verən raket hücumunda yaralanan gömrük işçisi şəhid olub.
Eurasia Diary bildirir ki, martın 2-də Türkiyənin Ağrı vilayətinin Doğubəyazid rayonunda İran sərhədindən 3 km məsafədə yerləşən Gürbulaq Gömrük İdarəsinə məxsus zirehli avtobusa raket hücumu olub. Hadisə sonrası xəsarət alan gömrük işçilərini vertolyotla Ərzurum xəstəxanasına çatdırılıb. Ağır yaralanan 29 yaşlı Özgür Kavastan martın 3-də müalicə aldığı Ərzurum xəstaxənasında keçinib.
Beləliklə, hücum nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb.