İdlibdə rejim qüvvələrinin türk əsgərlərinə atəş açması nəticəsində 2 nəfər şəhid olub 6 əsgər isə yaralanıb.
Eurasia Diary Cnnturk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Naziriliyi bildirib ki, "Bahar Qalxanı əməliyyatında iştirak edən əsgərlərimizə rejim qüvvələri tərəfindən atəş açılıb. Hücum nəticəsində 2 əsgərimiz şəhid olub 6 isə yaralanıb. Ərazidə aşkarlanan Bəşər Əsəd ordusunu mövqələrinə dərhal cavab atəşi açılıb".
Qeyd edəki ki, Bahar Qalxanı əməliyyatı başlayandan bu günə kimi 3138 rejim əsgəri öldürülüb.
Türkay Həsənov