Türk ordusu Bahar Qalxanı əməliyyatı çərçəvəsində rejim qüvvələrinə yeni zərbə vurub.
EDNews Cnntürk-ə istinadən xəbər verir ki, Suriyada rejimin mülkü əhaliyi hədəf alan hücumlarını idarə edən Pələng ləqəbli briqdadanın komandiri Sühəyl Səlman əl-Həsənin Türk Silahlı Qüvvələri tərəfindən Serakibə edilən hava hücumunda ağır yaralandığı bildirilir.
Bölgə KİV-dən alınan məlumatlar görə, Sühəyl Səlman əl-Həsən Serakib şəhərinin kənar küçələrində türk PUA-lar tərəfindən bombalanıb. Rejim komandiri Sühəyl Səlman əl-Həsənin hal-hazırda reanimasiyada olduğu bilinib.
Qeyd edək ki, Suriya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarından birçox vəzifələrdə çalışan Süheyl Sələman əl-Həsən İdlibdə minlərlə mülki insanın ölümünə səbəb olan hücuma komandirlik etdiyi məlumatlar arasın öz əksini tapıb.
Türkay Həsənov