Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirib.
"EDNews"un Türkiyə mətbuatına istinadən məlumatına görə, martın 5-i saat 16:00 radələrində endirilən zərbələr nəticəsində Suriya ordusuun 21 hərbçisi zərərsizləşdirilib, iki raket qurğusu və digər texnika məhv edilib.
Bildirilir ki, zərbələr Suriya tərəfinin iki türk əsgərini öldürməsi səbəbindən endirilib.
Qeyd edək ki, cümə axşamı günü Bəşər Əsədə məxsus Suriya ordusunun açdığı atəş nəticəsində iki türk hərbçisi həyatını itirib, daha üçü xəsarət alıb. (qafqazinfo)