Moskvada Ərdoğan və Putin arasındakı razılaşma öz bəhrəsini verib.
İdlibdə atəşkəs rejimi yenidən bərpa olunub.
"EDNews" RİA Novosti-ə istinadən xəbər verir ki, Suriyanın Sarakib şəhərindəki ərazidə vəziyyət sakitdir.
Suriya hökümət qüvvələri ilə Azad Suriya ordusu gecə yarısında başlayan atəşkəs rejiminə əməl ediblər.
Tərəflər arasında son insident Rusiya-Türkiyə razılaşmalarının qüvvəyə minməsindən bir saat əvvəl baş verdiyi qeyd olunur.