Ermənistanda günü gündən artan anti-rus əhval ruhiyyəsinin fonunda Rusiyanın bu ölkədəki hərbi bazasında imperator birinci Nikolaya abidə qoyuması erməniləri özündən çıxarıb. Rusiyalı ekspertlər deyir ki, İrəvanın mərkəzində faşist cəlladı Qaregin njdeyə heykəl ucaldan ermənilərin Nikolayın büstünə belə reaksiya vermələri onların nasist təbiətlərindən irəli gəlir.
"EDNews" Rus çarı Birinci Nikolaya Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında abidə qoyulması Ermənistanda narazılıqla qarşılanıb. Erməni mediası imperatorun büstünün Ermənistan ərazisində ucaldılmasını, Rusiya tərəfindən – “Ermənistan bizim imperiyamıza məxsusdir” işarəsi kimi dəyərləndirir. Sasna Tsrer partiyası isə bir qədər də irəli gedərək bəyanat yayıblar, üstəlik Birinci Nikolayı ermənilərə zərbə vuran qaniçən diktator adlandırıb. Rusiyalı politoloq Oleq Kuznetsov deyir ki, faşistlərlə əlbir olan Qaregin Njdeyə İrəvanın mərkəzində abidə ucaldan ermənilərin Nikolayın büstünə belə reaksiya verməsinə təəcüblənmir.
Qeyd edək ki, Sasna Tsrer təşkilatı və digər narazılar baş nazir Nikol Paşinyanı zəif olmaqda, Rusiyaya qarşı mövqe nümayiş etdirə bilməməkdə ittiham edib onu köhnə rejimin varisi adlandırıblar. Politoloq Əhməd Əlili bildirir ki, Paşinyanın həm qərbpərəst, həm də rusiyapərəst olmaq cəhdi alınmır.
Xatırladaq ki, 28 may 2016-cı ildə İrəvanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə böyük abidə qoyulub. Rusiya rəsmi səviyyədə bunu etiraz etsə də ermənilər həmin abidəni götürməyiblər. (atv.az)