10 Mart 15:30 radələrində Ermənistan və Azərbaycan dövlət sərəhədlərinin Naxçıvan hissəsinə Emənistan Silahlı qüvvələri tərəfindən hücum edilib. Əsgərlərimizin şücayəti nəticəsində düşmən təxribatının qarşısı alınıb.
Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhə xəttində atışma nəticəsində bir erməni hərbçisi ölüb.
EDNews erməni mediasına istinadən xəbər verir ki, “10 martda 1984-cü il təvəllüdlü müqavilə ilə xidmət edən əsgər Zohrab Sianosyan sinəsindən ağır yaralanaraq ölüb”.
Qeyd edək ki, erməni ordusunun hücumundan bir gün əvvəl Emənistan Ordusunun Baş Qərargah rəisi həmin ərazidə olub.
Türkay Həsənov