Ermənilər cəbhədə gərginliyi artırıb - Atəşkəs rejimini 32 dəfə pozub | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Ermənilər cəbhədə gərginliyi artırıb - Atəşkəs rejimini 32 dəfə pozub

Münaqişələr A- A A+

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub.

Müdafiə nazirliyindən "EDNews"a verilən xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...