"Türkiyə Rusiya ilə birgə hərbi əməliyyata başlasa"... - Vladimir Yevseyev | Eurasia Diary - ednews.net

12 İyul,


"Türkiyə Rusiya ilə birgə hərbi əməliyyata başlasa"... - Vladimir Yevseyev

Münaqişələr A- A A+

Türkiyə İdlibdəki radikal qrupların zərərsizləşdirilməsində maraqlıdır.

EdNews xəbər verir ki, bunu Türkiyənin İdlibdəki M4 magistralında radikal qrupları zərərsizləşdirməyi öhdəsinə götürməsinə münasibət bildirən rusiyalı hərbi-siyasi analtik Vladimir Yevseyev deyib.

Analitik Türkiyənin radikallara qarşı silahlı təzyiq göstərməsinin, İdlibdən onları qovmasının lazım olduğunu bildirib:

"Türkiyə Rusiya ilə İdlib böhranının təkrar yaşanmasını istəmir. Türkiyənin bəzi qruplara təzyiq göstərməsi mümkündür. Radikal qruplardan biri türk ordusu tərəfindən qurulan istehkamı yox etmişdi. Yəni bu qruplar Türkiyəyə də qarşı çıxır. Məntiqlə Türkiyə də Rusiya ilə birlikdə bu silahlı qruplara qarşı döyüşməlidir”.

Rusiya ilə ortaq əməliyyatın Türkiyəyə fayda verəcəyini bildirən Yevseyev Türkiyənin bölgədəki radikal müqaviməti məhv etmə qabiliyyətinə malik olduğunu qeyd edib:

"Türkiyə çətin seçimlə üz-üzədir, amma onlara təzyiq göstərərsə, M4 magistralını yavaş-yavaş aça bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...