Kabildə məbədə hücum olunub - Ölənlər var | Eurasia Diary - ednews.net

5 Aprel,


Kabildə məbədə hücum olunub - Ölənlər var

Münaqişələr A- A A+

Əfqanıstanın paytaxtı Kabildə silahlılar Siqh məbədinə hücum edib.

EdNews  "Al-Jazeera" kanalına istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı Siqh azlığının parlamentdəki təmsilçisi Narindra Siqh Kalsa bildirib.

O qeyd edib ki, hücumun baş verdiyi məbədə yaxın olub və hadisə ilə bağlı məlumat alan kimi əraziyə gedib: "İlkin məlumata görə, hücumda 3 və ya 4 nəfər öldürülüb, 150 nəfər yaralanıb".

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub və hazırda atışma davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...