Düşmən atəşkəs rejimini 24 dəfə pozdu | Eurasia Diary - ednews.net

12 İyul,


Düşmən atəşkəs rejimini 24 dəfə pozdu

Münaqişələr A- A A+

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "EDNews"a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərəzisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Xocavənd rayonunun işğal altında olan Kuropatkino kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...