Ermənistan Silahlı Qüvvələrin daha 3 hərbiçisndə koronavirus aşkarlandı.
"EDNews" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Naziri Davit Tonoyan məlumat verib.
Tonayan virusa yoluxan hər üç hərbiçinin səhər saatlarında ailəsində koronavirusun aşkarlandığı müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olan şəxslər olduğu bildirib.
***
Ermənistanı bürümüş COVİD-19 virusu işğalçı ölkənin ordusunda da yayılıb.
EDNews xəbər verir ki, hərbçilərdən birinin ailəsində təhlükəli virusa yoluxma halı qeydə alınıb. Bundan sonra onlarla əlaqədə olmuş hər kəs nəzarət altına alınıb.
Erməni mənbələri bildirir ki, artıq üç erməni hərbçi də nəzarət altındadır, onlar koronavirusla bağlı testdən keçirilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib.
Ş.Stepanyan bildirib ki, hərbçi ailəsində koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olmuş daha üç hərbi qulluqçu nəzarətə götürülüb. Bundan əlavə, onların xidmət keçdiyi bölük heyət də nəzarətə alınıb və özünütəcrid qərarı verilib. Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər eyni hərbi hissədə və qeyri-döyüş şəraitində xidmət keçirlər (musavat.com).
Son məlumata görə, Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb, onlardan 16-sı ölüb.